"Xalça Muzeyində bir sıra nöqsanlar aşkar edildi" - nazir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Xalça Muzeyində bir sıra nöqsanlar aşkar edildi" - nazir

"Xalça Muzeyində bir sıra nöqsanlar aşkar edildi" - nazir

Müəllif: Anar
//
28 sentyabr 2015
//
//

"Xalça Muzeyində bir sıra nöqsanlar aşkar edildi" - nazir

“Hər bir kollektivdə problemlər, narazılıqlar ola bilər. Biz dövlət orqanı kimi faktlara və müraciətlərə diqqətsiz qala bilmərik. Xalça Muzeyində yoxlamalar aparıldı və bir sıra nöqsanlar aşkar edildi”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib. O bildirib ki muzeydə bir ay müddətində monitorinq keçiriləcək: “Xalça Muzeyi böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay müddətində monitorinq keçiriləcək ki, neçə nəfər insan gəlir, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orda hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis xidmətlər var və s. Belə şeylər yoxdur. Xalça Muzeyi bizim fəxrimiz və fərəhimizdir. Bu muzey haqqında yaxşı fikirlər formalaşdırmalıyıq, müsbət emosiyalarla yaşamalıyıq. Çünki dünyanın ən yaxşı Xalça Muzeyi məhz Azərbaycandadır”.

Qeyd edək ki, Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirib. O, muzeydə mənimsəmələrin olduğunu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini söyləyib.
Kamryn 15 may 2016 04:05
Myrna - Great photos as alwasy! Love the hats. I love that little crown. I like all the hats your friend makes. If you ever need me to help with the kids when you have photo shots just let me know.

Xəbər Lenti Giriş Populyar Reklam