Bu şəxslərin barmaq izləri məcburi götürüləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu şəxslərin barmaq izləri məcburi götürüləcək

Bu şəxslərin barmaq izləri məcburi götürüləcək

Müəllif: Anar
//
27 sentyabr 2015
//
//

Bu şəxslərin barmaq izləri məcburi götürüləcək

Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.

Lent.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.

Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.
Xəbər Lenti Giriş Populyar Reklam