Məkkədə vəfat edən zəvvar qadının əri: "Komadan ayılmadı..." » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Məkkədə vəfat edən zəvvar qadının əri: "Komadan ayılmadı..."

Məkkədə vəfat edən zəvvar qadının əri: "Komadan ayılmadı..."

Müəllif: Anar
//
26 Eylül 2015
//
//

Məkkədə vəfat edən zəvvar qadının əri: "Komadan ayılmadı..."

Bu gün Məkkədə daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, ölən zəvvar 1957-ci il təvəllüdlü Kəklik Aslanova olub.

Mərhumənin həyat yoldaşı Elçin Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi heç bir nəticə verməyib: "Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib, koma vəziyyətinə düşüb".

Elçin Aslanov onu da bildirib ki, Kəklik Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək. Eyni zamanda həmin gün Abşeron rayon Masazır qəsəbəsində ailəsi tərəfindən Kəklik Aslanovanın yas mərasimi keçiriləcək.

Qeyd edək ki, bu il Həcc zamanı dünyasını dəyişən azərbaycanlıların sayı iki nəfərə çatıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam