Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq

Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq

Müəllif: Anar
//
26 Eylül 2015
//
//

Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq

Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Lent.az-ın trend-ə istinadən xəbərinə görə, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Parlamentdə İnzibati Xətalar Məcəlləsinə 181-6-cı maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.
İXM-ə ediləcək əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.
Qanun layihəsinin oktyabrın əvvəlində Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam