Arif Hacılı boykotçulara cavab yazdı: "Biz də kənarda dursaq daha pis olacaq" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Arif Hacılı boykotçulara cavab yazdı: "Biz də kənarda dursaq daha pis olacaq"

Arif Hacılı boykotçulara cavab yazdı: "Biz də kənarda dursaq daha pis olacaq"

Müəllif: Anar
//
25 Eylül 2015
//
//

Arif Hacılı boykotçulara cavab yazdı: "Biz də kənarda dursaq daha pis olacaq"

Müsavat Partiyasının başqanı Arif Hacılı rəhbərlik etdiyi
partiyanın funksionerlərinin fəal seçki mübarizəsi aparması və bəzi oppenentlərinin seyrçi mövqedə qalmasına dair sosial şəbəkədəki səhifəsində status paylaşıb. Həmin statusu təqdim edirik:

"Biz mübarizə aparırıq.

Ölkənin bütün ərazisində müsavatçılar bütün resursları ilə reimə qarşı qeyri-bərabər döyüşdədir.

Təqib olunurlar, özləri bir yana yaxınları, qohumları təhdid altındadır.

Hakimiyyət strukturları müsavatçıların onsuz da ağır olan həyatını cəhənnəmə döndərir.

Bununla belə, biz davam edirik.

İndi bizə kənarda dayanıb " seçki şəraiti yoxdursa prosesdə niyə iştirak edirsiniz?" -deyə sual verənlərin isə cavabı sadədir:

Biz də kənarda dursaq daha pis olacaq.

Bu məmləkətdə müxalifətçi olub yaşamaq üçün də şərait yoxdur.

İndi nə edək? Fəaliyyətimizi durduraqmı? Biz də gedib öz problemlərimizlə məşğul olub cəmiyyəti talenin ümidinəmi buraxaq?"
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam