Mömin fəlakətinə çevrilən şeytan daşlama: 753 ölü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Mömin fəlakətinə çevrilən şeytan daşlama: 753 ölü

Mömin fəlakətinə çevrilən şeytan daşlama: 753 ölü

Müəllif: Anar
//
25 Eylül 2015
//
//

Mömin fəlakətinə çevrilən şeytan daşlama: 753 ölü

Yaralıların sayı isə 887 nəfərə çatıb

Həccdə zəvvarların şeytan daşlama prosesi zamanı baş verən faciədə ölənlərin sayı 753 nəfərə çatıb.

Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, zəvvarlar arasında çıxan basabas nəticəsində yaşanan olayda xəsarət alanların sayında da dəqiqləşib: 887 nəfər. Bu barədə məlumat Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyindən verilib.

**

18:02

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb.



APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.

****
Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 453 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 719 zəvvarın xəsarət aldığı deyilir.

Hadisənin şeytan daşlanması zamanı eskalatorda baş verdiyi müəyyənləşib. Bu əməl Mina dağında 3-cü mərtəbədə yerinə yetirilir. Daşlama əməlini yerinə yetirən zəvvarlar aşağı enərək, Məkkəyə gedən yola çıxmağa cəhd edərkən qarışıqlıq yaranıb və faciə baş verib.
***
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.

Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.

Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib.

***
Mina dağında 220 nəfərin öldüyü, 450 nəfərin yaralandığı bildirilir

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.

APA-nın "Mİlliyet"ə istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.

Hələlik hadisənin səbəbləri bəlli deyil.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam