Prezident Yunanıstanın baş nazirini təbrik etdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Yunanıstanın baş nazirini təbrik etdi

Prezident Yunanıstanın baş nazirini təbrik etdi

Müəllif: Anar
//
22 sentyabr 2015
//
//

Prezident Yunanıstanın baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Yunanıstanın baş naziri Aleksis Tsiprasa təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
Xəbər Lenti Giriş Populyar Reklam