Kimlər qurban kəsməlidir?-YAŞIL ORTA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kimlər qurban kəsməlidir?-YAŞIL ORTA

Kimlər qurban kəsməlidir?-YAŞIL ORTA

Müəllif: Anar
//
20 Eylül 2015
//
//

Kimlər qurban kəsməlidir?-YAŞIL ORTA

"Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir"

“Qurban kəsmə adətinin çox qədim tarixi var. “Qurani-Kərim”də verilən məlumatlara görə, ilk qurban kəsmə adəti Hz. Adəmin dövründən başlayır. Adəm peyğəmbərin övladları Habil və Qabil arasında yaranan bir mübahisənin nəticəsində Allah onlara qurban kəsməyi əmr etdir”. APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Cahandar Əlifzadə "Yaşıl orta" verilişində danışıb. O bildirdi ki, Habil və Qabil öz heyvanlarının içərisindən bir qurban seçərək, Allaha qurban kəsmək üçün gətirirlər: “Allah Habilin qurbanını qəbul edir. Çünki Allaha layiq qurbanı seçməkdə Habil daha səmimi davranır, öz sürüsünün ən yaxşı qoçunu seçir. Bizim bu gün həyata keçirdiyimiz qurban adətinin tarixi belə başlayır”.

Cahandar Əlifzadə İsmayıl qurbanı haqqında da məlumat verdi: “Bu hadisə haqqında “Qurani-Kərim”in “Saffat” surəsində məlumat verilir. O məlumata əsasən, İbrahim peyğəmbər Allaha bir övladının olmasını üçün dua edir, Allahla əhd kəsir ki, əgər bu duası qəbul olunarsa, o həmin övladını Allaha qurban edəcək. Allah sevimli peyğəmbərinin bu istəyini yerinə yetirir, ona oğul verir, İsmayıl dünyaya gəlir. Lakin rəvayətlərə görə, İbrahim peyğəmbər Allaha verdiyi əhdi unudur, müəyyən vaxt keçməsinə baxmayaraq, oğlunu qurban etmir. Hz. İbrahim bir gün yuxuda görür ki, oğlunu Allaha qurban edir və əhdini xatırlayır. Oğlu İsmayıla məsələni açıb deyir, onun fikrini öyrənir. Oğlu da cavabında atasına bildirir ki, Allah nə əmr edirsə, onu yerinə yetir, gör mən necə səbir edənlərdən olacağam. Beləcə ata və oğul Allahın əmrinə böyük təslimiyyətlə tabe olur. Lakin mərhəmətli Allah peyğəmbərə qurban kəsməsi üçün qoç göndərir və Hz. İbrahimə oğlunu deyil, qoçu qurban kəsməsini buyurur”.

İlahiyyatçı qeyd etdi ki, qurban ibadəti islama hicrətin ikinci ilində daxil olub: “ Allah “Qurani-Kərim”in “Kovsər” surəsində müsəlmanlara namaz qılmağı və qurban kəsməyi əmr edir”.

Mövzu ilə bağlı digər ilahiyyatçı Mahir Qəniyev də məlumat verdi. O da qeyd etdi ki, bu hadisədə İbrahim peyğəmbərin və oğlu İsmayılın Allaha təslimiyyətini görürük: “ Həm Hz.İbrahim, həm də oğlu Allahın əmrinə itaət etməkdə çox səmimi və təqvalı idilər. Bütün ibadətlərin olduğu kimi qurbanın da dərin fəlsəfəsi var. Qurban ibadətinin fəzilətləri haqqında çox danışmaq olar. Mən bir neçə əsas məqamları qeyd etmək istəyirəm. Bunlardan ən əsası insana mənəvi təsirləridir”.

M.Qəniyev bildirdi ki, ilk növbədə insan qurban kəsərkən, Allaha olan təslimiyyətini, təqvasını xatırlayır: “ “Qurani-Kərim”in “Həcc” surəsinin 37-ci ayəsində buyrulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Təsəvvür edin ki, günlərlə, həftələrdə ət yeməyən insanlar var. Qurban bayramında kasıbların da üzü gülür. Bu ibadətin həm də sosial tərəflərini göstərir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam