BDM və DAK-dan Əli Hacıya tam dəstək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » BDM və DAK-dan Əli Hacıya tam dəstək

BDM və DAK-dan Əli Hacıya tam dəstək

Müəllif: Anar
//
19 sentyabr 2015
//
//

BDM və DAK-dan Əli Hacıya tam dəstək

Milli Azadlıq Hərəkatının fəallarından, Dünya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan fəal diasporçu Ağaevli Əli Hacının 34 saylı Xətai ikinci seçki dairəsindən namizədliyi qeydə alınmışdır. Qeyd edək ki, Ağaevli Əli Hacının namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüş və partiya tərəfindən irəli sürülən namizədlərdən qeydə alınan ilk şəxsdir. Bu gün deputatlığa namizəd Ağaevli Əli Hacı Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində BDM sədrinin birinci müavini və DAK icra aparatının rəhbəri Samir Adıgözəlli ilə görüşüb. Görüşdə parlament seçkiləri və Azərbaycan diaspor hərəkatının mövcud durumu müzakirə olunub. Son zamanlar ölkəmizə qarşı, xüsusilə Avropa Parlamenti tərəfindən irəli sürülən ittihamlar pislənərək, dövlətimizin milli maraqlarının ən üst səviyyədə müdafiə edilməsi, diaspor təşkilatlarımızın atacağı addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Xəbər Lenti Giriş Populyar Reklam