Prezident İlham Əliyev Kürdəmirə səfər edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident İlham Əliyev Kürdəmirə səfər edib

Prezident İlham Əliyev Kürdəmirə səfər edib

Müəllif: Anar
//
17 Eylül 2015
//
//

OXUNUB:258
Prezident İlham Əliyev Kürdəmirə səfər edib

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu parkdakı fəvvarə yenidən tikilib, burada oturacaqlar quraşdırılıb, yaşıllıq işləri görülüb. Parkda istər rayon sakinləri, istərsə də qonaqların mənalı istirahəti üçün bütün şərait yaradılıb.


Prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub.
Dövlət başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edilib ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam