2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb

2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb

Müəllif: Anar
//
14 Eylül 2015
//
//

2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollardan götürülüb

Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Sənəddə qeyd edilib ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 ABŞ dolları götürülüb.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar.
Jeneva 24 Aralık 2016 18:10
If you want to get read, this is how you sholud write.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam