Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib

Müəllif: Anar
//
08 noyabr 2012
//
//

Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsini qəbul edib
Görüşdə mətbuat, jurnalistika və kiber təhlükəsizlik məsələləri müzakirə olunub

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Mətbuat Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mətbuat, jurnalistika və kiber təhlükəsizlik məsələləri, eləcə də ATƏT-in təşkilat kimi gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dunya Miyatoviç ATƏT-in Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. Elmar Məmmədyarov ölkəmizin ATƏT-lə əməkdaşlığının genişləndirməyi və bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Xəbər Lenti Giriş Populyar Reklam