İcra başçısının xidməti maşını cərimə meydançasında » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İcra başçısının xidməti maşını cərimə meydançasında

İcra başçısının xidməti maşını cərimə meydançasında

Müəllif: Anar
//
14 Eylül 2015
//
//

İcra başçısının xidməti maşını cərimə meydançasında

Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Avtosfer.az-ın məlumatına görə, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş “FiFA” siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

Saytın əldə etdiyi məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti avtomobilidir.


Xatırladaq ki, icra başçılarının xidməti avtomobillərində bu cür vasitələrdən istifadə qanuna ziddidir. Çünki həmin siqnal və sayrışan işıqlar yalnız operativ nəqliyyat vasitələrinə vurula bilər. İcra başçısının xidməti avtomobili isə operativ nəqliyyat vasitəsi hesab oluna bilməz.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam