Nazirlik: Ehtiyatda olanlar Hərbi Oyunlara çağırılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazirlik: Ehtiyatda olanlar Hərbi Oyunlara çağırılıb

Nazirlik: Ehtiyatda olanlar Hərbi Oyunlara çağırılıb

Müəllif: Anar
//
09 sentyabr 2015
//
//

Nazirlik: Ehtiyatda olanlar Hərbi Oyunlara çağırılıb

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatdan çağırılan hərbi vəzifəlilər də qatılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 6-dan başlayan hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6.000 nəfərdən artıq hərbi vəzifəli toplanışa cəlb olunub.
Döyüş hazırlığı çərçivəsində bu kateqoriyadan olan şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər ixtisaslar üzrə hazırlıq təlimləri keçirilir.
Xəbər Lenti Giriş Populyar Reklam