Prezident Binəqədi rayonunda orta məktəbdə olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident Binəqədi rayonunda orta məktəbdə olub

Prezident Binəqədi rayonunda orta məktəbdə olub

Müəllif: Anar
//
07 Eylül 2015
//
//

OXUNUB:265
Prezident Binəqədi rayonunda orta məktəbdə olub

Prezident İlham Əliyev Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə aparılan təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib.
Bildirilib ki, 283 nömrəli tam orta məktəbin binası 1988-ci ildə istifadəyə verilib. Ümumi ərazisi 24 min kvadratmetr olan məktəbin binası üçmərtəbəli 1 korpusdan, ikimərtəbəli 2 korpusdan və birmərtəbəli 3 keçiddən ibarətdir. Ümumilikdə əsaslı təmir edilən sahə 6,5 min kvadratmetrdir. Təhsil ocağının binasında yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.
Məktəbin binasında sonuncu dəfə 2006-cı ildə cari təmir işləri aparılıb. Məktəb binasının əsaslı təmir işlərinə 2015-ci il iyunun 1-dən başlanılıb. Burada kommunikasiya, elektrik, su-kanalizasiya, istilik xətləri yenilənib. Binada 62 sinif otağı var.
Qeyd olunub ki, məktəbdə tədris birnövbəli rejimdə aparılır. Burada Azərbaycan və rus bölmələrində 1200 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 160 müəllim məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi bitirən 64 məzundan 47-si respublikanın ali məktəblərinə qəbul olunub ki, bunlardan da yeddisi 600-dən yuxarı bal toplayıb. Məktəbin idman zalı da müasir səviyyədədir. Burada, eyni zamanda, iki futbol və bir voleybol meydançası da şagirdlərin ixtiyarına veriləcək.
Bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesinin məqsədyönlü şəkildə həyata keçirilməsi təhsil sahəsinin ən müasir tələblər səviyyəsinə çatdırılmasına geniş imkanlar yaradır.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam