Mübariz Qurbanlı Fransaya səfərə gedib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Mübariz Qurbanlı Fransaya səfərə gedib

Mübariz Qurbanlı Fransaya səfərə gedib

Müəllif: Anar
//
07 sentyabr 2015
//
//

Mübariz Qurbanlı Fransaya səfərə gedib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti Fransaya səfərə gedib. Lent.az-ın məlumatına görə, sentyabrın 10-na qədər davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyəti Avropa Yəhudi İrs gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış mədəniyyəti” konfransında iştirak edəcək, mövzuya dair məruzələrlə çıxış edəcək, həmçinin, yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.
Xəbər Lenti Giriş Populyar Reklam