Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Müəllif: Anar
//
06 Eylül 2015
//
//

Sevil Əliyeva övladları ilə birlikdə Bakıya gəlib

Ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə virtualaz.org-a açıqlamasında Sevil xanım özü məlumat verib.

“Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil Əliyeva bildirib.

Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib:
“Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkdirməyi xahiş edirlər”.

Sevil Əliyevanın Bakıya bir neçə günlüyə gəldiyini bildirib.

Xatırladaq ki, S.Əliyeva son illər övladları ilə birlikdə Londonda yaşayır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam