Prezident bir neçə orta məktəbdə yaradılan şəraitlə tanış olub » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident bir neçə orta məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident bir neçə orta məktəbdə yaradılan şəraitlə tanış olub

Müəllif: Anar
//
03 Eylül 2015
//
//

OXUNUB:247
Prezident bir neçə orta məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirildi ki, 190 nömrəli orta məktəb 1946-cı ildə fəaliyyətə başlayıb. Məktəb üçün bina 1957-ci ildə inşa olunub. O vaxta qədər isə təhsil ocağı Bülbül adına Musiqi Məktəbinin binasında fəaliyyət göstərib. Artıq iki ildir ki, bu təhsil ocağı 189 nömrəli məktəblə birləşib.
Qeyd olundu ki, 189 nömrəli məktəbin binası isə 1934-cü ildə inşa edilib. Bina 1941-1945-ci illərdə 15/46 nömrəli təxliyə hospitalı kimi fəaliyyət göstərib. Məktəbin binasında yenidənqurma işlərinə bu ilin aprelində başlanılıb və yüksək səviyyədə həyata keçirilib.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Səbail rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Burada, həmçinin Heydər Əliyev Muzeyi də fəaliyyət göstərəcək.
Dövlət başçısı 189-190 nömrəli orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış olub.

Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. 189-190 nömrəli orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.
Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub.
Bildirildi ki, orta məktəbdə 1500 şagird təhsil alır.


Prezident həmçinin Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, istedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə Azərbaycanda internat məktəbləri təşkil edilib. Onların yaradılmasında respublikamızın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçmək başlıca məqsəd kimi qarşıya qoyulub.

Təhsil ocağının binasında təmir və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. Liseyin əsas binasında, yataqxana və yeməkxanasında yüksək standartlar tətbiq olunub. Bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Bu siyasətin nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.

Hazırda Liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.

Prezident İlham Əliyev Liseydə ayrı-ayrı sinif otaqlarını gəzib, burada yaradılan şəraitlə yaxından tanış olub.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam