“Yetər ki, Bakı və İrəvan silahı yerə qoysun” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Yetər ki, Bakı və İrəvan silahı yerə qoysun”

“Yetər ki, Bakı və İrəvan silahı yerə qoysun”

Müəllif: Anar
//
03 sentyabr 2015
//
//

“Yetər ki, Bakı və İrəvan silahı yerə qoysun”

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapmasının vacibliyinin fərqindədir. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Lavrovun Bakı səfərini şərh edən qəzet bunun öncədən Rusiya Xarici İşlər nazirliyi tərəfindən razılaşdırıldığını qeyd edib. Qəzet yazır ki, Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların irəliləməsində maraqlıdır. “Kommersant”a danışan Rusiya XİN-dəki mənbə isə problemin həllində əsas açarın Bakı və İrəvanda olduğunu dilə gətirib: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında rolu var. Münaqişənin açarının Moskvada olmasına dair məlumatlara tez-tez rast gəlirik. Ancaq bu məsələdə əsas açar Bakı və İrəvanın əlindədir. Yetər ki, hər iki tərəf silahları yerə qoysun”. Nəşr münaqişə tərəflərinin növbəti görüşünün sentyabrın ortalarında baş tutacağına da diqqət çəkib: “Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, xarici işlər nazirləri BMT Baş Assambleyasında məsələni müzakirə edəcəklər. Bu məlumatı İrəvandakı diplomatik mənbələr də təsdiqləyib”. Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 1-də Azərbaycana işgüzar səfər edib.
Xəbər Lenti Giriş Populyar Reklam