Bu gün Abşeron rayon İcra Hakimiyyəti Başçısının təqdimiatı oldu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu gün Abşeron rayon İcra Hakimiyyəti Başçısının təqdimiatı oldu

Bu gün Abşeron rayon İcra Hakimiyyəti Başçısının təqdimiatı oldu

Müəllif: Anar
//
03 Eylül 2015
//
//

Bu gün Abşeron rayon İcra Hakimiyyəti Başçısının təqdimiatı oldu

İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2015-ci il.

"Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm".
Xırdalan qəzeti xəbər verir ki, bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür:
"Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.

Xatırladaq ki, ixtisasca həkim olan, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,İcra Hakimiyyətinin Başçısının 1- ci müavini, Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarının fərmani ilə Abşeron rayon İcra Hakimiyyəti başçısı təyin olunub.

Abşeronluları xırdalan qəzeti adından səmimi qəlbdən təbrik edirik, Hörmətli İradə xanım Gülməmmədovaya can sağlığı, işlərində uğurlar diləyirik.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam