Deputatlığa namizədlərdən nə tələb olunur? - MSK-dan açıqlama » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Deputatlığa namizədlərdən nə tələb olunur? - MSK-dan açıqlama

Deputatlığa namizədlərdən nə tələb olunur? - MSK-dan açıqlama

Müəllif: Anar
//
02 sentyabr 2015
//
//

Deputatlığa namizədlərdən nə tələb olunur? - MSK-dan açıqlama

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı seçkiqabağı təşviqat kampaniyası oktyabrın 9-da başlayacaq.

Strateq.az xəbər verir ki, bu barədə axar.az-a MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

O, təşviqat kampaniyasının oktyabrın 31-i saat 08:00-da başa çatacağını açıqlayıb: “Vətəndaş millət vəkilliyinə həm öz istəyi ilə, həm təşəbbüs, həm də siyasi partiya və partiya blokları tərəfindən namizədliyini irəli sürə bilər. Həmin şəxslərin Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi təsdiq ediləndən sonra onlara imza vərəqələri verilir. Həmin şəxslər seçki dairəsinin əhatə etdiyi ərazidən 450 seçicinin imzasını toplamalı və daha sonra imza vərəqəsini digər sənədlərlə birgə DSK-ya təqdim etməlidir. DSK qanunvericiliyə uyğun olaraq, sənədləri yoxlayıb, 7 gün ərzində vətəndaşın namizədliyinin qeydə alınıb-alınmaması barədə qərar qəbul etməlidir”.

Şöbə müdiri millət vəkilliyinə namizəd olan şəxslər barədə məlumatların isə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdiriləcəyini bildirib: “MSK bu məsələ ilə bağlı internet səhifəsində ayrıca bölmə açıb və bu kimi məlumatlar mütəmadi şəkildə həmin bölmədə yerləşdiriləcək”.

Qeyd edək ki, noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər baş tutacaq. Artıq 1 sentyabrdan namizəd kimi qeydə alınmaq istəyən şəxslərin sənəd qəbulu başlayıb
Xəbər Lenti Giriş Populyar Reklam