Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

Müəllif: Anar
//
29 avqust 2015
//
//

Milli Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başladı

Seçkiqabağı təşviqata oktyabrın 9-da start veriləcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planı təsdiqlənib.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezidentİlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.

Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi bu gündən başlanır. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.
Xəbər Lenti Giriş Populyar Reklam