Ağcabədidə Gənclərin İdeya Akademiyası keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağcabədidə Gənclərin İdeya Akademiyası keçirilib

Ağcabədidə Gənclərin İdeya Akademiyası keçirilib

Müəllif: Anar
//
08 Kasım 2012
//
//

Ağcabədidə Gənclərin İdeya Akademiyası keçirilib
Bu gün Ağcabədi rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin İdeya Akademiyası” layihəsi çərçivəsində növbəti təlim proqramı başlamışdır.

Ağcabədi rayonunda təşkil edilən proqramda iştirak edən gənclər üçün ideyaların formalaşdırılması, layihə təkliflərinin hazırlanması və idarə olunması haqqında praktik məlumatlar verilmiş, zəruri materiallar paylanılmışdır.

Mərkəzin direktor müavini Rasim Ağayev tərəfindən keçirilən təlim proqramına rayonun gənc fəalları ilə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, yerli Gənclər və İdman İdarəsinin, o cümlədən bir sıra QHT-nin əməkdaşı da qatılmışdır.

Qeyd edək ki, Azərbaycanın ucqar regionlarından olan gənclərin təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verilməsini nəzərdə tutan “Region gənclərinin İdeya Akademiyası” layihəsi Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunur.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam