Prezident Ağcabədiyə 2,7 milyon manat ayırdı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Ağcabədiyə 2,7 milyon manat ayırdı

Prezident Ağcabədiyə 2,7 milyon manat ayırdı

Müəllif: Anar
//
25 avqust 2015
//
//

Prezident Ağcabədiyə 2,7 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, iyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Həmçinin
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Xəbər Lenti Giriş Populyar Reklam