Azyaşlı qızla cinsi əlaqədə olan şəxslər ifşa olundu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azyaşlı qızla cinsi əlaqədə olan şəxslər ifşa olundu

Azyaşlı qızla cinsi əlaqədə olan şəxslər ifşa olundu

Müəllif: Anar
//
08 noyabr 2012
//
//

Azyaşlı qızla cinsi əlaqədə olan şəxslər ifşa olundu
Azərbaycanın Lənkəran rayonunda azyaşlı qıza qarşı seksual hərəkətlər edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə məlumatı Lent.az-a Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi, polis mayoru Rövşən Rəşidov verib. Onun sözlərinə görə, rayonun Vilvan kənd sakini, 1997-ci il təvəllüdlü A. M. ilə müxtəlif vaxtlarda intim münasibətdə olan Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Bəhruz Fayaz oğlu Mikayılov və Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Asif Mirzəbala oğlu Səfərov cinayət məsuliyyətinə cəlb olunub.

R.Rəşidov həmçinin azyaşlı qızın digər şəxslərlə də intim münasibətlərdə olduğunu, istintaq zərurəti ilə əlaqədar bu barədə hələlik açıqlama verilmədiyini bildirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
Xəbər Lenti Giriş Populyar Reklam