“KamAZ” qadının üstündən keçib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “KamAZ” qadının üstündən keçib

“KamAZ” qadının üstündən keçib

Müəllif: Anar
//
08 Kasım 2012
//
//

Qəza nəticəsində daha iki nəfəri isə ağır yaralanıb
“KamAZ” qadının üstündən keçib

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, qəza Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 149-cu km-də - Balakən şəhəri ərazisində qeydə alınıb. Dayanacaqda mikroavtobusdan düşüb yolu keçmək istəyən Balakən rayon Qazbinə kənd sakini, 43 yaşlı Mirvari Ağayevanı “KamAZ” markalı, 08 BD 618 dövlət nömrə nişanlı yük avtomobili vuraraq üzərindən keçib. Piyada hadisə yerindəcə keçinib.

“KamAZ” 32 yaşlı Mətanət Həmçiyeva və 14 yaşlı Maidə Hətəmovaya da müxtəlif bədən xəsarətləri yetirib. Onlar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam