Azərbaycanda möhtəşəm Peyk İdarəetmə Mərkəzi tikilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda möhtəşəm Peyk İdarəetmə Mərkəzi tikilib

Azərbaycanda möhtəşəm Peyk İdarəetmə Mərkəzi tikilib

Müəllif: Kürsüm
//
12 fevral 2013
//
//

Azərbaycanda möhtəşəm Peyk İdarəetmə Mərkəzi tikilib

Azərbaycanda möhtəşəm peyk idarəetmə mərkəzi tikilib. xeberleragentliyi.com-un məlumatına görə, "Orbital Sciences" şirkəti və Azərbaycanın telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçmiş Kanadanın "Telesat" şirkətinin birgə hazırladığı mərkəzdə işlər artıq yekunlaşıbr. Buradan Azərbaycanın orbitə yeni buraxılmış süni peyki idarə olunacaq. Peykdən gələn bütün informasiyalar, qoşulma imkanları yeni mərkəzdə cəmlənəcək və daha sonra aidiyyatı üzrə istiqamətləndiriləcək. Eyni zamanda Azərbaycanda ehtiyat peyk idarəetmə mərkəzinin tikintisi də davam etdirilir.

Qeyd edək ki, 2010-cu il 3 may tarixində təsis edilən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Qafqazda əsas peyk operatorudur. Müəssisənin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. Peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparılır. “Azərspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Bizim peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.

“Azərkosmos” ASC bütün səhmləri tamamilə dövlətə məxsus olmaqla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində dövlət qurumudur.
Xəbər Lenti Giriş Populyar Reklam