Bakıda əyləncə mərkəzində kütləvi dava: yaralılar var - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda əyləncə mərkəzində kütləvi dava: yaralılar var - YENİLƏNİB

Bakıda əyləncə mərkəzində kütləvi dava: yaralılar var - YENİLƏNİB

Müəllif: Kürsüm
//
12 fevral 2013
//
//

Bakıda əyləncə mərkəzində kütləvi dava: yaralılar var - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb. xeberleragentliyi.com-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 11-də Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki "Elit" əyləncə mərkəzinin həyətində, Bakı şəhər sakinləri Vahid Həsənov, onun qardaşı Vasif, Ağdaş rayon sakini Elvin Rəşidov, Ucar rayon sakini Bahadur Həsənov və Şabran rayon sakini Elnur Sədiyev ilə ticarət mərkəzinin işçiləri İlqar İbrahimov, Əli Mirzəyev və Məftun Qasımov arasında münaqişə baş verib. Bu zaman Vasif Həsənov bıçaqla Ə.Mirzəyevə və M.Qasımova xəsarət yetirib, İ.İbrahimov isə döyülüb. V.Həsənov Binəqədi RPİ 5-ci PB əməkdaşları tərəfindən tutulub, Vahid Həsənovun, E.Rəşidovun, B.Həsənovun və E.Sadiyevin izahatları alındıqdan sonra buraxılıb.



***

12:32
Fevralın 12-nə keçən gecə Bakı şəhərinin Nərimanov rayonu ərazisində kütləvi dava-dalaş olub. Rayon Polis İdarəsindən xeberleragentliyi.com-a verilən məlumata görə, Dərnəgül qəsəbəsi ərazisindəki əyləncə mərkəzində bir qrup şəxslə oranın işçiləri arasında münaqişə baş verib. Dava-dalaş zamanı əyləncə mərkəzinin 2 əməkdaşı Məftun Qasımov və Əli Mirzəyev bıçaqlanıblar. İlqar İbrahimov adlı əməkdaş isə döyülmə nəticəsində aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. ilkin məlumata görə, hadisədə iştirak etmiş şəxslərdən bəziləri artıq müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Xəbər Lenti Giriş Populyar Reklam