Türk dünyası jurnalistləri Azərbaycana gəliblər » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Türk dünyası jurnalistləri Azərbaycana gəliblər

Türk dünyası jurnalistləri Azərbaycana gəliblər

Müəllif: Anar
//
07 Kasım 2012
//
//

OXUNUB:286
Türk dünyası jurnalistləri Azərbaycana gəliblər
4 Türk dövlətdən və 8 türk muxtar respublikaları və toplumlarından gəlmiş 18 jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı Bakıya gəlib.
“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində paytaxtımızda olan qonaqlar millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə ilk öncə Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olublar.

Qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat verilib. Sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Daha sonra qonaqlar Bakıda bütün Türkdilli dövlətlərin və toplumların təmsilçilərinin iştirakı ilə “Qarabağ: Türk dünyasının ortaq problemi” adlı beynəlxalq konfransına qatılıblar. Konfransda çıxış edən Qənirə Paşayeva Azərbaycana səfərə gələn yazar və ziyalılara Dağlıq Qarabağ probleminin tarixi kökləri, çar Rusiyası dövründə ermənilərin türklərin tarixi torpaqlarına köçürülməsi siyasətindən danışıb. O, bildirib ki, layihə çərçivəsində ölkəmizdə qonaq olan yazarlar Azərbaycanın müasir durumu, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatı ilə daha yaxından tanış olub bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.

Daha sonra çıxış edən qonaqlar Dağlıq Qarabağ problemi, qondarma erməni soyqırımı haqqında öz fikirlərini söyləyiblər.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam