Neft məktəbi birincidir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Neft məktəbi birincidir

Neft məktəbi birincidir

Müəllif: Kürsüm
//
11 fevral 2013
//
//

Neft məktəbi birincidir

Bakı Ali Neft Məktəbi (BANM) 2012-ci il üzrə ali təhsil müəssisələrinin reytinq cədvəlinə başçılıq edir. BANM-nin mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Abituriyent” jurnalında dərc etdiyi 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini özündə əks etdirən 12-ci sayında bildirilir.

Jurnalda abituriyentlərin ərizələrinin qəbulundan başlayaraq imtahanların təşkili, biliklərin qiymətləndirilməsi, ali məktəblər və ixtisaslar üzrə yerləşdirmə və s. ilə bağlı təfsilatlı məlumatlar öz əksini tapıb. Xüsusi maraq doğuran məsələ - qəbulun nəticələri olduğundan, ali təhsil müəssisələrinin reytinqinin abituriyentlərin ixtisas seçimi əsasında formalaşdığı vurğulanıb. Reytinq ali təhsil müəssisəsinin digər qurumlarla rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali məktəblərin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində və qəbul olan abituriyentlərin ballarının səviyyəsində öz əksini tapır. TQDK hər bir ali məktəbin qəbul kompaniyasındakı reytinqini müəyyənləşdirir. Bunun üçün ali təhsil müəssisələrinin ixtisaslarının abituriyentlərin ərizəsində birinci mövqedə göstərilməsindən, müsabiqədə iştirak edən və ixtisas seçimində istəyini həyata keçirmək üçün bal toplayan abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalından, ali məktəbə qəbul olan orta statistik abituriyentin topladığı baldan və ali məktəbin dövlət sifarişli yerləri tutma faizindən istifadə olunur.

Bütün bu göstəricilər nəzərə alınmaqla ali təhsil müəssisələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində BANM liderlik edir:
Xəbər Lenti Giriş Populyar Reklam