1 milyard 481,7 milyon manatlıq mal satılıb » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » 1 milyard 481,7 milyon manatlıq mal satılıb

1 milyard 481,7 milyon manatlıq mal satılıb

Müəllif: Kürsüm
//
11 Şubat 2013
//
//

OXUNUB:278
1 milyard 481,7 milyon manatlıq mal satılıb

Dövlət Statistika Komitəsi əmtəə bazarı haqqında məlumat yayıb.

xeberleragentliyi.com-a Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 481,7 milyon manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1 faiz çox istehlak malları satılıb.

Satılmış ərzaq məhsullarının həcmi 0,9 faiz artaraq 848,2 milyon manata, qeyri-ərzaq mallarının həcmi 22,5 faiz artaraq 633,5 milyon manata bərabər olub. 2012-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 5,0 faiz bəndi azalaraq 57,2 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 42,8 faiz təşkil edib. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 91,8 manatlıq ərzaq, 68,5 manatlıq qeyri-ərzaq malları alıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam