DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib

DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib

Müəllif: Kürsüm
//
11 Şubat 2013
//
//

DİN Əkrəm Əylislinin təhdid edilməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi “Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyevin mətbuatda səsləndirdiyi fikirlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə xeberleragentliyi.com-a bildirib ki, məsələ ilə bağlı onlarda rəsmi məlumat yoxdur: “Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi , dini, milli, mənsubiyyətindən asılı olmayaraq heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və araşdırmaların nəticəsinə uyğun olaraq qanuna müvafiq formada tədbirlər görüləcək”.

Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanının ictimai müzakirələrə çıxmasından sonra Müsair Müsavat partiyasının rəhbəri olan Hafiz Hacıyev yazıçının qulağının kəsilməsini tələb edib. Hətta partiya lideri bunu edəcək şəxsə 10 min manat mükafat fondu da təyin edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam