ABŞ-da güclü qar fırtınası 9 can aldı, həyatı iflic etdi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ-da güclü qar fırtınası 9 can aldı, həyatı iflic etdi

ABŞ-da güclü qar fırtınası 9 can aldı, həyatı iflic etdi

//
10 fevral 2013
//
//

ABŞ-da güclü qar fırtınası 9 can aldı, həyatı iflic etdi

Xeberleragentliyi.com “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, daha ağır vəziyyət Rod Aylend, Konnektikut və Massaçusets ştatlarında müşahidə olunur. Ötən gün bu ərazidə fövqəladə vəziyyət olunmuşdu, daha sonra fövqəladə vəziyyət Nyu York və Nyu Qempşir ştatlarına da şamil olundu.

Kəskin hava şəraitinə görə fevralın 8-dən bir neçə aeroport bağlanıb, fevralın 9-da isə 2200 aviareys təxirə salınıb, iki gün ərzində təxirə salınmış uçuşların sayı 5800-ü keçib. Fevralın 10-da bu göstəricinin xeyli artacağı proqnozlaşdırılır. Bir neçə regionda yerüstü nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb.

Ekspertlərin rəyinə görə, ölkəni cənginə alan “Nemo” qar fırtınası ABŞ-ın tarixində ən güclü qar fırtınası kimi qeydə alına bilər.
Xəbər Lenti Giriş Populyar Reklam