Bakının mərkəzində sərnişin avtobusu aşdı: çoxlu yaralı var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakının mərkəzində sərnişin avtobusu aşdı: çoxlu yaralı var

Bakının mərkəzində sərnişin avtobusu aşdı: çoxlu yaralı var

Müəllif: Anar
//
07 Kasım 2012
//
//

Noyabrın 6-da axşam saatlarında Bakı şəhərinin Yasamal rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında Tbilisi prospektində 170 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sürücünün idarəetməsindən çıxıb. Avtobus əvvəlcə yol kənarındakı ağaca çırpılıb, daha sonra isə aşıb.

Qəza nəticəsində 10 nəfərdən çox sərnişin yaralanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki,
Bakının mərkəzində sərnişin avtobusu aşdı: çoxlu yaralı var
hadisə yerindən 7 nəfər xəstəxanaya gətirilib.

Qəzanın səbəbləri araşdırılır.
Orxan 7 Kasım 2012 16:38
ALLAH komekleri olsun Ani

Asim 7 Kasım 2012 20:42
Allah qorusun!

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam