Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

Müəllif: Kürsüm
//
10 Şubat 2013
//
//

OXUNUB:292
Prezident İlham Əliyev iranlı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb.

xeberleragentliyi.com-un AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız arasındakı münasibətlərin xoş ənənələri bu gün də davam etməkdədir. Qarşılıqlı etimad, inam və dəstəyə əsaslanan münasibətlərimiz, həmçinin ortaq mənəvi dəyərlərimizdən güc alır.
Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında belə möhkəm təməllər üzərində qurulmuş münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün gözəl zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam