Bakıda 24 yaşlı qızın 100 min dollarlıq cinayət » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda 24 yaşlı qızın 100 min dollarlıq cinayət

Bakıda 24 yaşlı qızın 100 min dollarlıq cinayət

Müəllif: Anar
//
07 Kasım 2012
//
//

Bakıda 24 yaşlı qızın 100 min dollarlıq cinayət
Gənc qız xalasının evinə soxulub seyfi doğradı

Noyabrın 4-də Bakı şəhərinin Xətai rayonu ərazisində mənzildən külli miqdarda qızıl oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən açarseçmə yolu ilə 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulub. Fakt üzrə araşdırmalar davam etdirilir.
Zərərçəkmiş M.Eminova sahibkardır. O, “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərir. Oğurluqda şübhəli bilinərək polis tərəfindən saxlanılan Ş.Ağayeva isə M.Eminovanın bacısı qızıdır. Məlumata görə, 24 yaşlı, ailəli, 2 uşaq anası olan Ş.Ağayeva cinayəti əvvəlcədən planlaşdırıb və bu işdə ona rəfiqəsi Xuraman Babayeva kömək edib. Bu məqsədlə Ş.Ağayeva xalasının evinin giriş qapısının açarının surətini hazırlatdırıb. Evdə kimsənin olmadığından əmin olduqdan sonra isə gənc qızlar oğurluq məqsədi ilə mənzilə soxulublar. Onlar özləri ilə gətirdikləri xüsusi alətlərlə M.Eminovanın mənzilindəki seyfi kəsiblər və 100 min dollarlıq qızılları götürərək aradan çıxıblar.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam