Prezident İmişli rayona səfər edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Prezident İmişli rayona səfər edib

Prezident İmişli rayona səfər edib

Müəllif: Anar
//
28 Ekim 2012
//
//

OXUNUB:464
[center]Prezident İmişli rayona səfər edib[/center
Bu gün Azərbaycan prezidenti İlham Əliyev İmişli rayonuna səfər edib.

APA-nın xəbərinə görə, dövlət başçısı İmişli şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülmüş işlər barədə məlumat verib.

Daha sonra ölkə başçısı rayondakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planına da baxıb. Daha sonra ölkə başçısı rayonda yeni yaradılan Bayraq Meydanı ilə də tanış olub.
Prezident İmişli şəhərində Şahmat Məktəbinin də açılış mərasimində iştirak edib.

Ölkə başçısı İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə də tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, ölkə başçısının 2010-cu il 30 mart tarixli sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanılıb. Səhiyyə naziri bildirib ki, dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikası və digər ölkələrdən gətirilmiş avadanlıq quraşdırılıb.

Ölkə başçısı “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak edib.
Prezidentə məlumat verilib ki, fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilib.

Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin sonunda başlanılıb, bu ilin oktyabrında isə işlər tam başa çatdırılıb.

Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur.

Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunub.

Bu gün Azərbaycan prezidenti İmişlidə “Kraun KO” taxıl anbarı kompleksinin açılışında iştirak edib.

“Kraun KO” taxıl anbarı kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonunun Şahverdili kəndi ərazisində inşa olunub.

Prezidentə məlumat verilib ki, anbar müasir avadanlıqla təchiz edilib, kompleksin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Kompleksin tikintisinə ötən ilin aprelində başlanılıb, bu ilin oktyabrında başa çatdırılıb.

Müəssisə Türkiyənin “OBİ” şirkətinin texnologiyası əsasında qurulub, 50 min tonluq taxıl anbarı hər birinin tutumu 8,3 min ton olmaqla 6 silodan ibarətdir.

Müəssisə tərəfindən kompleksin xammal bazasının təmin edilməsi məqsədilə 43,5 min hektar ərazidə əkin işləri aparılır.

Hazırda müəssisədə 50 nəfər çalışır.

APA-nın xəbərinə görə, prezident daha sonra İmişli şəhər su anbarları kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, hazırda İmişli şəhərinin 32,5 min nəfər əhalisindən cəmi 11,5 min nəfəri və ya təqribən 36 faizi mərkəzləşdirilmiş şəbəkədən içməli su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1978-ci ildə yaradılıb. Mənbə kimi Bəhrəmtəpə qəsəbəsinin yaxınlığında qazılan 4 subartezian quyusundan istifadə olunur. Lakin uzun müddətd istismar olunan bu mənbənin su ehtiyatlarının keyfiyyəti aşa düşdüyü və qrunt sularının qarışması ilə duzlaşma ehtimalı olduğu üçün yeni layihədə bu mənbədən imtina edilib. İmişli şəhərin bir hissəsində 42 kilometr uzunluğunda su, 14 kilometrlik kanalizasiya şəbəkəsi, tutumu 600 kubmetr olan iki su anbarı və iki nasos stansiyası var. Toplanan çirkab suları kollektor vasitəsilə Cəfərli kəndinin kənarından keçən şor kollektora axıdılır, şəhərdə mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır. Məhz bu səbəbdən İmişli şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması zərurəti yaranıb və şəbəkə tamamilə yenidən qurulaq.

Həmçinin rayon mərkəzi və magistral kəmərin keçdiyi ərazidə yerləşən 6 kəndə - İmişli rayonunun beş və Beyləqan rayonunun bir kəndinə içməli su veriləcək. Mənbə olaraq Beyləqan rayonu ərazisindəki yeraltı sular seçilib. Burada üç əsas subartezian quyusunda işlər başa çatdırılıb, iki ehtiyat quyunun qazılmasına isə hazırlıq görülür. Quyu zonasından İmişli şəhərinə 31 kilometr uzunluğunda magistral su xətti çəkilib. Eyni zamanda, şəhərdə 2,5 min kubmetrlik iki və 1500 kubmetr həcmində bir su anbarı, xlorlama binası tikilmiş, 6 kilometr uzunluğunda içməli su şəbəkəsi, 10 kilometr kanalizasiya xətti çəkilib. İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 156 kilometr uzunluğunda içməli su şəbəkəsi, 137 kilometr kanalizasiya şəbəkəsi və 15 kilometr mikrotunel tipli kanalizasiya kollektoru tikiləcək. Bunlarla yanaşı, məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

Ümumilikdə bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 50 min nəfərin - İmişli şəhərində 40 min, kəndlərdə 10 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Qeyd edək ki, burada prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam