Rus və erməni polislər atışdı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rus və erməni polislər atışdı

Rus və erməni polislər atışdı

Müəllif: Anar
//
07 Kasım 2012
//
//

Rus və erməni polislər atışdı
Rusiyada polislər arasında dava-dalaş olub.“lifenews.ru” saytının verdiyi məlumata görə, Tupas şəhərində Daxili İşlər İdarəsinin və Yol Avtomobil Müfəttişliyinin rəhbərləri tabeçiliklərində olan şəxslərlə şəhərin mərkəzi küçələrinin birində dalaşıb, atışıblar.
Polis podpolkovniki Mixail Smirnov müavini, Yol Avtomobil Müfəttişliyinin rəhbəri Tiqran Azaryanın sürücüsü Armen Qevokyana travmatik tapançadan atəş açıb. Sürücü qarın nahiyəsindən güllə yarası alıb. Mixail Smirnovun tabeçiliyindəki şəxslər Tiqran Azaryanı da əzişdiriblər. Armen Qevokyan və Tiqran Azaryan həkimə müraciət ediblər. Sürücünün bədənindən güllə çıxarılıb. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, dava-dalaşda ümumilikdə 6 polis və bir mülki şəxs - Armen Qevokyan iştirak edib. Rusiya daxili işlər nazirinin əmri ilə Mixail Smirnov vəzifəsindən uzaqlaşdırılıb. Araşdırmanın nəticəsindən asılı olaraq o, polis sistemindən qovula bilər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam