Serbiya prezidenti: “Sizin əhaliniz daha yaxşı yaşayır” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Serbiya prezidenti: “Sizin əhaliniz daha yaxşı yaşayır”

Serbiya prezidenti: “Sizin əhaliniz daha yaxşı yaşayır”

Müəllif: Kürsüm
//
09 fevral 2013
//
//

Serbiya prezidenti: “Sizin əhaliniz daha yaxşı yaşayır”

“Azərbaycan Serbiyanı dəstəkləyir. Bu, bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilər”. xeberleragentliyi.com-un xəbərinə görə, bunu Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycana səfəri zamanı mətbuat üçün bəyanatında bildirib.

Serbiya prezidenti qeyd edib ki, onlar Azərbaycana çox minnətdardılar: “Ölkəniz bizə dəstək verir ki, ədalət bərpa olunsun. Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olub. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq”.

Serbiya prezidenti qeyd edib ki, Azərbaycan əhalisinə görə Serbiyaya yaxındır: “ O ki qaldı həyat standartlarına görə, Sizin əhaliniz daha yaxşı yaşayır. Biz də istərdik ki, həyatı eyni standartlarda təmin edək”.

“Cənab Prezident, biz gözəl anlayırıq ki, bu baxımdan Sizin başqa ölkələrin, o cümlədən Serbiyanın yardımına ehtiyacınız yoxdur. Lakin buna baxmayaraq, biz bu işi təmənnasız aparmaq istəyirik. Biz istərdik ki, insanlarımız işlə təmin olunsun, istehsalat baş tutsun. Onlar öz məhsullarını tədarük etsin və daha yaxşı yaşasınlar”- deyə, Serbiya prezidenti qeyd edib.

Tomislav Nikoliç iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyi barədə də danışıb: “ Bu yaxınlarda biz Azərbaycanla daimi əsaslarla işgüzar dairələr, həmçinin adi insanlar arasında təmasların qurulmasına nail olacağıq. Biz görəcəyik ki, bu, ikitərəfli əməkdaşlığımıza da nə qədər vacibdir. Bu, nəinki regionlarımız üçün, həmçinin bütövlükdə qitə üçün xeyirli olacaq. Bizim aramızda bu qədər yaxınlaşma çox yaxşı haldır. Əslində bu, hətta biz müxalifətdə olan vaxtda başlamışdır. Lakin indi biz hakimiyyətdəyik. Bu onu göstərir ki, bütün Serbiya Azərbaycanın tərəfindədir. Keçmiş müxalifət indiki hakimiyyətdədir. Biz istənilən məsələdə razılaşmaya bilərik. Amma Azərbaycana gəldikdə isə, hər zaman ümumi mövqe nümayiş etdiririk”.

Serbiya prezidenti qeyd edib ki, onun ölkəsində Pravoslav kilsəsi və bir məscidin yenidən qurulması layihəsi Azərbaycan tərəfindən maliyyələşdirilib.
Xəbər Lenti Giriş Populyar Reklam