“NP Systems” şirkəti Azərbaycan bazarı üçün unikal yenilik təqdim edir » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “NP Systems” şirkəti Azərbaycan bazarı üçün unikal yenilik təqdim edir

“NP Systems” şirkəti Azərbaycan bazarı üçün unikal yenilik təqdim edir

Müəllif: 6574217
//
07 Kasım 2012
//
//

OXUNUB:539
“NP Systems” şirkəti Azərbaycan bazarı üçün unikal yenilik təqdim edir


"NP Systems” şirkəti Azərbaycan bazarı üçün unikal yenilik təqdim edir Fərhad Fərhadov, "NP Systems” şirkətinin prezidenti Biz Azərbaycanın telekommunikasiya bazarı üçün unikal yenilik – mobil nömrənin daşınması xidmətini təqdim edirik . Bu xidmət abunəçiyə mobil operatoru dəyişən zaman istifadə etdiyi telefon nömrəsini qoruyub saxlamağa imkan verir. Abunəçi xidmət təchizatçısını dəyişərkən nömrə dəyişikliyi ilə bağlı heç bir narahatlıq keçirmədən və maneəsiz olaraq istənilən operatorun ən əlverişli təklifini seçərək istifadə edə bilər! Təcrübə göstərir ki, ölkədə nömrənin daşınması xidmətinin tətbiqi telekommunikasiya bazarının inkişafına müsbət təsir edir və birmənalı olaraq, istehlakçılar üçün sərfəlidir. Operatoru dəyişən zaman nömrənin dəyişikliyində heç bir baryerin olmaması operatorlar arasında rəqabətin artması və əsl, sağlam mübarizənin aparılmasına, habelə abunəçinin qayğısına qalmağa imkan verir. Nəticə etibarı ilə telekommunikasiya bazarında tariflərin ümumilikdə endirilməsi, keyfiyyətin artırılması və xidmətlərin müxtəlifliyi müşahidə olunur, həmçinin yeni texnologiyaların tətbiqinə yol açılır. Mobil nömrənin daşınması xidməti bu gün dünyanın demək olar ki, 70 ölkəsində, o cümlədən Qafqaz regionu ölkələrindən biri olan Gürcüstanda tətbiq edilir və uğurla istifadə olunur. Biz ümid edirik ki, çox qısa bir vaxtda mobil nömrənin daşınması xidmətindən Azərbaycanda mobil rabitə xidmətlərinin istifadəçiləri də istifadə edə biləcəklər. Texnologiya bazası artıq yoxlamadan keçmişdir və tətbiq edilir. Azərbaycanda bu gün fəaliyyət göstərən "NP Systems” şirkətinin (www.npsystems.az) həmtəsisçilərindən biri Litvanın "Mediafon” şirkətidir (www.mediafon.lt). Şirkətimiz yeni yaranmış müəssisə olmaqla yanaşı, ilk dəfədir ki, bu sərgidə iştirak edir. Sərgidə iştirak etməkdə əsas məqsəd isə telekommunikasiya istifadəçilərinin imkanlarını genişləndirən texnoloji yeniliklər haqqında məlumat vermək, sərginin iştirakçıları və qonaqlarını çox yaxın vaxtlarda Azərbaycanda mövcud olacaq ən müasir məhsul və xidmətlərlə tanış etməkdir. Hazırkı sərgini biz təkcə Azərbaycanda deyil, həm də bütövlükdə regionda İKT sahəsinin əsas hadisələrindən biri hesab edirik və fikrimizcə, Azərbaycan bu sahədə haqlı olaraq lider mövqelərdən birini tutur və bu mövqeyi uğurla möhkəmləndirir. Bu prosesdə "BakuTel” sərgisi İKT sahəsinin yenilikləri və tendensiyaları ilə tanış olmaq, informasiya mübadiləsi aparmaq, eləcə də müxtəlif səviyyələrdə, həmçinin beynəlxalq müstəvidə xarici tərəfdaşlarla konstruktiv işgüzar münasibətlər qurmaq üçün çox münasib meydança olaraq mühüm rol oynayır. Biz bu sərgiyə şirkətimizin inkişafı üçün unikal imkan kimi baxırıq və bu tədbirdə növbəti illərdə də iştirak etmək niyyətindəyik.

ELXAN BABAYEV
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam