Bu ilin ilk çərşənbəsi nə vaxt gələcək? » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu ilin ilk çərşənbəsi nə vaxt gələcək?

Bu ilin ilk çərşənbəsi nə vaxt gələcək?

Müəllif: Kürsüm
//
08 Şubat 2013
//
//

[center]Bu ilin ilk çərşənbəsi nə vaxt gələcək?[/center
Bu bayram yazın gəlişi ilə əlaqədardır. Azərbaycanda bahar bayramı da adlanan Novruzdan əvvəl "su çərşənbəsi", "od çərşənbəsi", "yel çərşənbəsi" və "torpaq çərşənbəsi" qeyd olunur.

Novruzun gəlişinə cəmi 40 gün qalıb. Lakin ilk çərşənbə olan su çərşənbəsinə lap az vaxt qalıb. xeberleragentliyi.com-a xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının folklor institunun elmi əməkdaşı Atəş Əhmədli Day.Az-a bildirib ki, bu il ilk çərşənbə olan "Su çərşənbəsi" fevralın 26-da gələcək.

O, Azərbaycanda çərşənbələrin ardıcıllığı ilə bağlı fikir ayrılığı olduğunu da deyib.

"Misal üçün, Şirvan zonasında bu ardıcıllığın olduğunu iddia edirlər: "su çərşənbəsi", "od çərşənbəsi", "torpaq çərşənbəsi" və "yel çərşənbəsi". Qərb zonasında isə bu ardıcıllığın olduğuna inanırlar: "su çərşənbəsi", "od çərşənbəsi", "yel çərşənbəsi" və "torpaq çərşənbəsi"", - o əlavə edib.
Xəbər Lenti Giriş Populyar Reklam