Deputat: "Hər kəs Əkrəm Əylislinin fəxri addan məhrum edilməsini ədalətli addım kimi qiymətləndirir" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Deputat: "Hər kəs Əkrəm Əylislinin fəxri addan məhrum edilməsini ədalətli addım kimi qiymətləndirir"

Deputat: "Hər kəs Əkrəm Əylislinin fəxri addan məhrum edilməsini ədalətli addım kimi qiymətləndirir"

Müəllif: Kürsüm
//
08 Şubat 2013
//
//

Deputat: "Hər kəs Əkrəm Əylislinin fəxri addan məhrum edilməsini ədalətli addım kimi qiymətləndirir"

"Azərbaycan Prezidentinin Əkrəm Əylislini həm Prezidentin fərdi təqaüdündən, həm də "Xalq yazıçısı" fəxri adından məhrum etməsini hər kəs ədalətli bir addım kimi qiymətləndirir". Bunu xeberleragentliyi.com-un açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

"Hesab edirik ki, bu, belə də olmalıdır. Hər kəs bilməlidir ki, hər bir azərbaycanlı üçün, ilk növbədə, onun Vətənə təəssübüdür, Azərbaycan xalqının marağıdır, mənafeyidir. Bu maraqlara, mənafeyə xələl gətirən bir addım atılarsa, azacıq bir fikir olarsa, dərhal ona qarşı reaksiya olmalıdır və o, cəzasını almalıdır", - Aslanova bildirib.

Deputatın sözlərinə görə, Əkrəm Əylisli ilə əlaqədar artıq bir neçə gündür cəmiyyətdə hər kəs öz fikrini söyləyir. Bunların arasında demək olar ki, fərqli mövqe yoxdur. Hər kəs Əkrəm Əylisinin "Daş yuxular" əsərinə etirazını bildirir.

"Həmin əsər Azərbaycan xalqının ən böyük dəyərlərinin aşağılatmaq, ləyaqət hissini alçaltmaq, Azərbaycanın tarixi ənənələrinə kölgə salmaq, Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində böyük mübarizəsində atdığı addımlara zərbə vurmaqdan başqa bir şey deyil. Hər bir Azərbaycan vətəndaşı bu qərarın verilməsini, bu addımın atılmasını gözləyirdi", - Aslanova qeyd edib.

Deputat hesab edir ki, Əkrəm Əylisli bu günədək hələ də öz günahını başa düşməyib.

"O başa düşmür ki, Azərbaycan xalqının qınaq obyekti olmaq, Azərbaycan xalqının nifrətinə tuş gəlməkdən böyük cəza yoxdur. Möhtərəm Prezidentimiz tərəfindən atılan bu addım hər birimizin ürəyinə su səpdi. Heç kimin Azərbaycan xalqının adına ləkə gətirəcək addım atmasına, söz deməsinə yol vermək olmaz", - Aslanova bildirib.
Xəbər Lenti Giriş Populyar Reklam