Artıq orbitdədir bizim peykimiz » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Artıq orbitdədir bizim peykimiz

Artıq orbitdədir bizim peykimiz

Müəllif: Kürsüm
//
08 fevral 2013
//
//

Artıq orbitdədir bizim peykimiz

Startdan 34 dəqiqə sonra “Azerspace-1” peyki “Ariane 5” raket daşıyıcısının gövdəsindən ayrılıb

Bu gecə saat 02:10 radələrində, startdan 34 dəqiqə sonra “Azerspace-1” peyki “Ariane 5” raket daşıyıcısının gövdəsindən ayrılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun xeberleragentliyi.com-un verdiyi məlumata görə, çəkisi 3 200 kiloqram təşkil edən “Azerspace-1” Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitə çıxarılıb.


Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın “Arianespace” şirkətinin “Ariane 5” raket daşıyıcısı vasitəsilə qaldırılıb. İlk telekommunikasiya peykimiz ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti tərəfindən işlənib hazırlanan “STAR-2” platforma əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.

“Azerspace-1” peykinin orbitə buraxılması ilə Naxçıvan Muxtar Respublikasının ərazisi də daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək.
Xəbər Lenti Giriş Populyar Reklam