İlk telekommunikasiya peyki orbitə buraxılıb - VİDEO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İlk telekommunikasiya peyki orbitə buraxılıb - VİDEO

İlk telekommunikasiya peyki orbitə buraxılıb - VİDEO

Müəllif: Kürsüm
//
08 fevral 2013
//
//

İlk telekommunikasiya peyki orbitə buraxılıb - VİDEO

Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki «Azerspace-1» geostasionar orbitə çıxarılıb.

xeberleragentliyi.com-un məlumatına görə, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyk «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Qeyd edək ki, peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 40%-nin istifadəsi üçün şərti müqavilələr imzalanıb.

Xatırladaq ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peykinin raket kosmodromdan qalxdıqdan təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılması gözlənilir.
Xəbər Lenti Giriş Populyar Reklam