“Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış"

“Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış"

Müəllif: Kürsüm
//
08 Şubat 2013
//
//

OXUNUB:264
“Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış"

Azərbaycanda Atatürk Mərkəzində “Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" adlı konfrans keçirilib. xeberleragentliyi.com-un məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən təşkil edilən konfransda Azərbaycanın və Türkiyənin millət vəkilləri, elm və ədəbiyyat xadimləri, A. Karakoç ailəsinin üzvləri, Türkiyənin tanınmış yazarları, şairləri və sənətçiləri iştirak edib.

Konfransa çıxış edən Qənirə Paşayeva bildirib ki, 3 gün ərzində Türk dünyasının böyük şairi və aydını mərhum şair Abdurrahim Karakoçun adı ilə bağlı tədbirlər silsiləsi keçirilməyə başlayıb: “Bu silsilədə böyük şairi anmaqla yanaşı, gələcəklə bağlı “Ortaq keçmişimiz və ortaq gələcəyimiz” mövzusu ətrafında müzakirə aparılacaq. Məqsədimiz, gənc nəsillər birlik və bərabərlik içərisində bir-birinə daha möhkəm dayaq duraraq, coğrafiyalar içi deyil, coğrafiyalar üstü insanlarımızı düşünərək daha gözəl bir gələcək qurmalarına çalışmaqdır. Təbii ki, Abdurrahim Karakoç kimi böyük aydınların da xitabı, çağırışı, düşüncəsi gəncliyimizə də bundan ibarət idi”.

Daha sonra çıxış edən Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərova, Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub ortaq dəyərlərimizə həsr olunan konfransın əhəmiyyətindən danışıb. Abdurrahim Karakoçun türk dünyasında göstərdiyi xidmətlərdən söhbət açıblar.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam