Ciblərindən narkotik vasitə çıxdı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Ciblərindən narkotik vasitə çıxdı

Ciblərindən narkotik vasitə çıxdı

Müəllif: Kürsüm
//
08 fevral 2013
//
//

Ciblərindən narkotik vasitə çıxdı


Dövlət Gömrük Komitəsi daha bir cinayət faktı ilə bağlı məlumat yayıb. xeberleragentliyi.com-un komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Füzuli Səlimov üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.
Lakin gömrük əməkdaşının tələbindən sonra o, əynindəki gödəkçənin içəri sol yan cibindən sellofan bükülüdə xalis çəkisi 100.028 qram olan narkotik vasitəni - tiryəki çıxarmalı olub.
Bundan sonra F.Səlimovun üzərində şəxsi yoxlama zamanı onun əynindəki gödəkçənin içəri sağ yan cibindən də sellofan bükülüdə xalis çəkisi 25,987 qram narkotik vasitə - tiryək, şalvarının sağ yan cibindən isə 2 ədəd sellofan bükülüdə, ümumi xalis çəkisi 0,782 qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür.
Beləliklə, sözügedən vətəndaşdan götürülən narkotik vasitələrin ümumi xalis çəkisi 126,797 qram təşkil edib.
Xəbər Lenti Giriş Populyar Reklam