Uşaq axtaran polislərin vertolyotu yerə çırpıldı ölənlər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Uşaq axtaran polislərin vertolyotu yerə çırpıldı ölənlər var

Uşaq axtaran polislərin vertolyotu yerə çırpıldı ölənlər var

Müəllif: Anar
//
06 Kasım 2012
//
//

Uşaq axtaran polislərin vertolyotu yerə çırpıldı ölənlər var
ABŞ-da itkin düşmüş uşağı axtaran polislər qəzaya düşüb.“Mignews.com” saytının verdiyi məlumata görə, Corciya ştatının mərkəzi Atlanta şəhərində anası ilə mübahisə etdikdən sonra evdən qaçan 9 yaşlı uşağı axtaran vertolyot elektrik xəttinə ilişib və şəhərin mərkəzindəki küçələrdən birində yerə çırpılaraq yanmağa başlayıb.

Xoşbəxtlikdən həmin vaxt yaxınlıqdakı avtobus dayanacağında insanlar olmayıb. Vertolyotun iki pilotu həyatını itirib. Hadisə ilə araşdırma aparılır. Təhqiqatçılar vertolyotun nə üçün çox aşağıda uçmasının səbəbini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, polislərin axtardığı uşaq bir neçə saat sonra tapılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam