“Şəhid olanadək şərəfsizlərin üzərinə gedəcəyəm” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Şəhid olanadək şərəfsizlərin üzərinə gedəcəyəm”

“Şəhid olanadək şərəfsizlərin üzərinə gedəcəyəm”

Müəllif: Kürsüm
//
07 Şubat 2013
//
//

“Şəhid olanadək şərəfsizlərin üzərinə gedəcəyəm”

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin”.


Bu, Azərbaycanın Milli Qəhrəmanı, Ermənistan Ordusunun çoxlu sayda zabit və əsgərini düşmənlə təkbətək döyüşdə məhv edən, sona qədər döyüşərək şəhid olan Mübariz İbrahimovun son məktubudur.

Fevralın 7-də qəhrəmanlıq simvoluna çevrilən Mübariz İbrahimovun doğum günüdür.
Yaşasaydı, bu gün 25 yaşını tamamlayacaq bir Vətən oğlu intiqam həsrəti ilə cəbhə xəttində işğal altındakı torpaqlarımıza baxacaqdı...

Mübariz İbrahimov - 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində kasıb bir ailədə dünyaya göz açıb. 2005-ci ildə orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə xidmət edib. Hərbi xidmətdə olduğu dövrdə çavuş rütbəsi alıb, 2007-ci ildə hərbi xidmətini başa vursa da, yenə hərbi xidmətə, cəbhəyə qayıtmaq istəyib, ancaq valideynləri onun mülki işlərlə məşğul olmasını, mülki həyata bağlanmasını arzuladıqları üçün bu istəyinə qarşı çıxıblar. Nəhayət, valideynlərini razı salıb, 2009-cu ilin avqustunda hərbi xidmətə yollanıb. Bu dəfə artıq gizir kimi fəaliyyətə başlayıb.

Hərbi xidmətə başladığı gündən cəbhə xəttinə yollanmaq niyyətini bildirib. Nəhayət, 2010-cu ilin aprel ayında Tərtər rayonundakı N saylı hərbi hissəyə göndərilib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində əməliyyata başlayıb. 22 yaşlı Mübariz 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçib və düşmənin ağlasığmaz sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşüb. O, 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olub.

İyulun 22-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi barədə də sərəncam imzalayıb. Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini, Biləsuvar Rayon İcra Hakimiyyətinə Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb. Qəhrəmanımız haqqında çoxlu sayda mahnı bəstələnib, şeir yazılıb.

Mübariz İbrahimovun qəhrəmanlığından sarsılan erməni işğalçıları bütün beynəlxalq konvensiyaları pozaraq, 5 aya yaxın müxtəlif bəhanələrlə onun nəşini qaytarmaq istəməyiblər. Bu, noyabrın 6-da gerçəkləşib. Milli Qəhrəmanımızın nəşi geri qaytarılaraq, noyabrın 7-də İkinci Fəxri Xiyabanda dəfn olunub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam