2 milyon kv.m ərazi minadan təmizləndi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 2 milyon kv.m ərazi minadan təmizləndi

2 milyon kv.m ərazi minadan təmizləndi

Müəllif: Kürsüm
//
07 Şubat 2013
//
//

2 milyon kv.m ərazi minadan təmizləndi

Azərbaycanda Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən bu ilin yanvar ayı ərzində 2,293,167 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,469 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Agentliyin mətbuat xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə,
əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 216,585,066 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 677,639-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2013-ci ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam