Keçən həftə Azərbaycanda 744 əcnəbi qanunu pozub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Keçən həftə Azərbaycanda 744 əcnəbi qanunu pozub

Keçən həftə Azərbaycanda 744 əcnəbi qanunu pozub

Müəllif: Kürsüm
//
06 fevral 2013
//
//

Keçən həftə Azərbaycanda 744 əcnəbi qanunu pozub

Yanvarın 28-dən fevralın 2-dək Bakı şəhərində və ölkənin digər şəhər, rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 744 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən xeberleragentliyi.com-a verilən məlumata görə, onlardan 55 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 3 nəfər əcnəbinin isə Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub. Bundan başqa 662 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 24 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə həftə ərzində DMX-ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 1515 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə də Xidmətin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 3 sahibkarlıq subyektində əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi qaydalarının pozulması halları aşkar edilib.
Xəbər Lenti Giriş Populyar Reklam